Bir günə 82 kilodan çox  narkotik ələ keçirildi
07 mart 2023 11:42 (UTC +04:00)

Bir günə 82 kilodan çox narkotik ələ keçirildi

Ötən gün külli miqdarda narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının martın 6-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 82,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,2 kiloqrama yaxın heroin, 66,5 kiloqrama yaxın marixuana, 13,6 kiloqramdan çox tiryək olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1386
avatar

Oxşar yazılar