Ötən gün külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının yanvarın 12-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28 killoqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin 11 kiloqram 825 qramı heroin, 15 kiloqram 790 qramı marixuana, 43 qramı tiryək, 511 qramdan artıq istə metamfetam olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.