Biləsuvarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsi, yolu əks tərəfə keçmək istəyən Biləsuvar şəhər sakini 1981-ci il təvəllüdlü Elçin Yaşar oğlu Cabbarovu vurub. E. Cabbarov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.