Biləcəridə dizel daşıyan  yük maşını yandı
15 iyul 2026 03:12 (UTC +04:00)

Biləcəridə dizel daşıyan yük maşını yandı

0

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər veri ki, hadisə zamanı hərəkətdə olan dizel yanacağı daşıyan yük avtomobili alovlanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadası cəlb olunub. Hazırda hadisə yerində təhlükəsizlik tədbirləri görülür.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar