Bəxtiyar Hacıyevin ittihamı ağırlaşdırıldı
13 yanvar 2023 16:14 (UTC +04:00)

Bəxtiyar Hacıyevin ittihamı ağırlaşdırıldı

0

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev barəsində açılan cinayət işi başqa maddəyə tövsif olunub.

Lent.az xəbər verir ki, bu barədə onun vəkil Aqil Layıc məlumat yayıb. Onun sözlərinə görə, B. Hacıyev barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq-ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 289.1-ci (Məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) maddələrilə yeni ittiham irəli sürülüb.

Bundan əvvəl isə ona məcəllənin 221-ci (xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddəsilə ittiham irəli sürülmüşdü.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2545

Oxşar yazılar