Bərdədə "Jiquli" dirəyə çırpıldı, yaralılar var
09 mart 2024 22:35 (UTC +04:00)

Bərdədə "Jiquli" dirəyə çırpıldı, yaralılar var

0

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Zümürxan kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Qəza nəticəsində Tərtər rayon sakinləri, 1962-ci il təvəllüdlü Quliyev Mətləb Valeh oğlu, 1964-cü il təvəllüdlü Həsənova Nəcibə İsa qızı, 1957-ci il təvəllüdlü Haqverdiyeva Qəndilə Həbib qızı, 1958-ci il təvəllüdlü Əhmədova Vüsalə Məmməd qızı xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4153

Oxşar yazılar