Balakəndə intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə şəhərin Nəsimi küçəsində yerləşən evlərdən birində baş verib. 54 yaşlı Elçin Məhəmməd oğlu Əliyev yaşadığı evin həyətində özünü asıb. Onun asılmış meyitini yaxınları aşkar edib.
E. Əliyevin özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.