Bakıya satmağa gətirdikləri 27 kilo narkotiklə tutuldular - VİDEO
26 fevral 2025 14:19 (UTC +04:00)

Bakıya satmağa gətirdikləri 27 kilo narkotiklə tutuldular - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında keçirilən tədbirlər zamanı Əvəz Hüseynovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkotik vasitələri Füzuli rayonu ərazisindən Bakı şəhərinə gətirmək üçün əldə etdiyi müəyyən edilib və o, Sabunçu rayonu ərazisində saxlanılıb. Onun narkotiklərin dövriyyəsində istifadə etdiyi avtomobildən 18 kq 500 qram tərkibinə xüsusi zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Davam etdirilən əməliyyat tədbirləri nəticəsində digər narkokuryer Müslüm Yaqubov isə Xəzər rayonu ərazisində saxlanılıb. Onun kirayə yaşadığı evdən 7 kq 500 qram tərkibinə xüsusi zərərli maddələr əlavə edilmiş marixuana və 1 kq 150 qram metamfetamin aşkarlanıb.

Bu əməliyyatlar zamanı 27 kq-dan artıq narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı cinayət işi başlanılıb və həmin narkokuryerlər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1634

Oxşar yazılar

Əlil qadını öldürən taksi sürücüsü   saxlanıldı -YENİLƏNİB

Əlil qadını öldürən taksi sürücüsü saxlanıldı -YENİLƏNİB

2 iyun 2025 , 12:47
Xaçmazda AĞIR QƏZA:  yaralılar var

Xaçmazda AĞIR QƏZA: yaralılar var

2 iyun 2025 , 12:09
Sabunçuda həyətdə meyit tapıldı

Sabunçuda həyətdə meyit tapıldı

2 iyun 2025 , 11:38
Bakıda həbsxananın damı çökdü, məhkum öldü  -YENİLƏNİB

Bakıda həbsxananın damı çökdü, məhkum öldü -YENİLƏNİB

2 iyun 2025 , 11:27
Bakıda evdə meyit tapıldı

Bakıda evdə meyit tapıldı

2 iyun 2025 , 10:42
Qubada BƏDBƏXT HADİSƏ:  1 nəfər kanalda batdı

Qubada BƏDBƏXT HADİSƏ: 1 nəfər kanalda batdı

2 iyun 2025 , 10:35
Azərbaycanda FACİƏ:  16 yaşlı oğlan kanalda boğulub öldü

Azərbaycanda FACİƏ: 16 yaşlı oğlan kanalda boğulub öldü

2 iyun 2025 , 10:14
Daha bir itkin şəhidimiz  tapıldı

Daha bir itkin şəhidimiz tapıldı

2 iyun 2025 , 10:10