Bakının mərkəzində 30 minlik OĞURLUQ:  ev sahibləri çıxan kimi... - HADİSƏ ANI
04 aprel 2024 17:35 (UTC +04:00)

Bakının mərkəzində 30 minlik OĞURLUQ: ev sahibləri çıxan kimi... - HADİSƏ ANI

Bakının Səbail rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, naməlum şəxslər 3 vətəndaşın evindən 30.000 manat dəyərində qızıl-zinət, 2 ədəd mobil telefon, notbuk, fotoaparat və dəyərli antik əşyaları ələ keçiriblər.

Səbail rayon Polis İdarəsinin 41-ci Polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərilə hadisələri törədən, əvvəllər məhkum olunmuş 31 yaşlı Toğrul Abbaslı və həmyaşıdı Seymur Hacıyev saxlanılıblar. Onlar dindirmə zamanı hər üç evi eyni üsulla taladıqlarını, günlərlə mənzil sahiblərini izləyərək axşam saat 19:00-22:00 aralığında onların mənzildə olmadıqlarını müəyyənləşdirib əmin olduqdan sonra oğurluq etdiklərini bildiriblər.

T.Abbaslı və S.Hacıyevin paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3939
avatar

Oxşar yazılar