Bakıdakı atışma ilə bağlı HƏBS QƏRARI
13 mart 2023 11:58 (UTC +04:00)

Bakıdakı atışma ilə bağlı HƏBS QƏRARI

0

Bakının Nəsimi rayonunda bir neçə gün əvvəl baş verən silahlı insidentə görə saxlanılan Elvin Qasımov məhkəmə qarşısına çıxarılıb.

Lent.az-ın APA-ya istibadən əldə etdiyi xəbərə görə, Nərimanov Rayon Məhkəməsində baxılan iş üzrə istintaq orqanının təqdimatı təmin edilib.

Qərara əsasən, Elvin Qasımov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə iki gün əvvəl-martın 10-da Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.

Silahlı insident nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov güllə yarası alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2117

Oxşar yazılar