Bakıda özünü asan gəncin tələbə olduğu üzə çıxıb.
Lent.az xəbər verir ki, Şəhriyar Səmədov Azərbaycan İqtisad Universitetinin tələbəsi olub. O, 2019-cu ildə ali təhsil ocaqlarına keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlərdən biri olub.
Ş. Səmədov ümumi göstəricilərə görə, 685 bal toplayaraq, prezident təqaüdçüsü olub. Əslən Masallı rayonundandır.
Şəhriyar Səmədov
***
Saat: 15:12
Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonunda "Xalqlar Dostluğu" metrostansiyası yaxınlığında qeydə alınıb. Burada 19 yaşlı Səmədov Şəhriyar Şahin oğlu yaşadığı evdə özünü asıb.
Onun hansı səbəbdən özünü öldürməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.