Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsində ümumi sahəsi 16 m² olan 1 otaqlı mənzilin (yaşayış olmayan) yanar konstruksiyaları, dəhlizə yığılan ev əşyaları 12 m² sahədə, 1 ədəd pəncərə çərçivəsi və digər iki mənzilin qapıları yanıb.
Lent.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb, digər mənzillər yanğından mühafizə olunub.
***
saat 16:20
Fövqəladə Hallart Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində yerləşən 5 mərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Lent.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsindəki mənzildə baş verdiyi müəyyən edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
saat 16:00
Bakının Nərimanov rayonunda yanğın olub.
Lent.az xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində yerləşən yataqxana binasında qeydə alınıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub./APA