Ağdərədə AĞIR QƏZA : avtobus aşdı, xeyli sayda yaralı var
28 iyun 2026 11:40 (UTC +04:00)

Ağdərədə AĞIR QƏZA: avtobus aşdı, xeyli sayda yaralı var

0

Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata görə, "Mercedes" markalı mikroavtobus "Niva" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara təxliyə edilir.

Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbi və xəsarət alanların dəqiq sayı dəqiqləşdirilir./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar