Hava Limanı yolunda iki avtomobil toqquşdu
28 iyun 2026 02:02 (UTC +04:00)

Hava Limanı yolunda iki avtomobil toqquşdu

0

Bakıda Heydər Əliyev prospektindən Hava Limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, BMW və "KIA" markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən avtomobillər idarəetmədən çıxaraq bordürə çırpılıb.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


İman İmanov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar