Taksilər üçün daha 2 küçədə minib-düşmə yerləri  yaradıldı
02 iyun 2026 10:14 (UTC +04:00)

Taksilər üçün daha 2 küçədə minib-düşmə yerləri yaradıldı

0

Bakının Həsən bəy Zərdabi və Kazım Kazımzadə küçələrində mövcud parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Lent.az-a bildirilib ki, Nəsirəddin Tusi adına Klinikanın və Mərkəzi Gömrük Hospitalının qarşılarında “3.28” – “durmaq qadağandır” yol nişanı quraşdırılaraq minib-düşmə yerləri təşkil olunub.

Hər iki ünvanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanları yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar