Bakıda yaşayış binasında yanğın söndürüldü -  VİDEO   -YENİLƏNİB
09 fevral 2025 11:20 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın söndürüldü - VİDEO -YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində səkkizmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan üçotaqlı mənzilin bir otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları 25kv.m. sahədə yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 9 nəfər bina sakini təxliyə edilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

***

saat 09.41

Xəbərə video əlavə olunub

***

saat 09.36

Bakıda yaşayış binasında yanğın söndürülüb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində, Əhəd Əhmədov-Xiyabani kəsişməsində, Dairəvi yolun kənarında yerləşən binada yanğın söndürülüb.

 

***

saat 09.28

Bakıda yaşayış binası yanır.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində, Əhəd Əhmədov-Məhəmməd Xiyabani küçələrinin kəsişməsində, Dairəvi yolun kənarında yerləşən binada yanğın başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları cəlb olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1959

Oxşar yazılar