Dərbənddə  DƏHŞƏT:   Polisi döyüb öz silahı ilə güllələdiər
09 fevral 2025 18:15 (UTC +04:00)

Dərbənddə DƏHŞƏT: Polisi döyüb öz silahı ilə güllələdiər

Dağıstanda üç yerli sakin az qala polis əməkdaşını döyüb öldürəcəkdi. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə fevralın 9-da Dərbənddə baş verib.

İstintaqın məlumatına görə, onlar ictimai binalardan birinin yaxınlığında polis əməkdaşına hücum edərək, onu yerə yıxıb və ayaqları və əlləri ilə döyməyə başlayıblar. "Şübhəlilərdən biri polisin xidməti silahını ələ keçirib, bundan sonra o, ona azı səkkiz atəş açıb və nəticədə sonuncu güllə yarası alıb", - məlumatda bildirilib.

Digər məlumata görə, yaralı polis əməkdaşı ağır vəziyyətdə reanimasiyadadır. Həkimlər onun həyatı üçün mübarizə aparır.

Bildirilir ki, hücumdan dərhal sonra şübhəlilər qaçmağa çalışsalar da, tezliklə saxlanılıblar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2025

Oxşar yazılar