Ford F-150  42 ildən sonra taxtdan endirildi
10 fevral 2025 02:05 (UTC +04:00)

Ford F-150 42 ildən sonra taxtdan endirildi

Amerikada bir avtomobil inqilabı baş verib. Belə ki, 42 ildir ABŞ bazarında  ən çox satılan model adını daşıyan Ford F-150 ailəsi rəsmən taxt-tacını itirib.

Lent.az xəbər verir ki, taxtın yeni sahibi bir yapon avtomobilidir.

Araşdırmaya görə, keçən il Amerikada ən çox satılan avtomobil modeli Toyota RAV4 olub.

Ötən il ABŞ-da cəmi 16,09 milyon avtomobil və yüngül kommersiya avtomobili satılıb.

Toyota RAV4 ümumi reytinqdə 9 faiz artımla 475 193 ədəd sataraq birinci yeri tutub.

İkinci yerdə qərarlaşan Ford F-150, 5 faiz düşməsinə baxmayaraq, 460 915 ədəd satılaraq birinci yerə təhlükə olaraq qalır.

Bürünc medalı digər yapon avtomobili Honda CR-V qazanıb.

Satış siyahısında yeganə tam elektrikli model olan Tesla Model Y 4-cü yerdədir. Keçən il üçüncü olan Model Y, keçən il dördüncü olan Honda CR-V-dən geri qalıb. Belə ki, o 3 faiz azalaraq 372 613 ədəd satılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2751

Oxşar yazılar