Niğdedə universitet tələbəsi mübahisədən sonra sevgilisini ürəyindən bıçaqlayaraq öldürüb. Bıçaqladığı sevgilisinin yanında qalan qız həbs olunub. Məlum olub ki, qız hadisədən sonra dostuna mesaj da göndərib.
Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, dəhşətl hadisə Niğdenin Kale məhəlləsindəki Eski Valikonağı küçəsindəki mənzildə baş verib. İddiaya görə, 23 yaşlı Pelin Üçtepe 25 yaşlı sevgilisi Hakan Günkanla 4 nəfərin qaldığı tələbə evinə gedib. Cütlük arasında naməlum səbəbdən başlayan mübahisə tezliklə davaya çevrilib.
Üçtəpə cibindən bıçaq çıxararaq sevgilisinin ürəyindən vurub.
Yan otaqdakı yoldaşlarının xəbərindən sonra hadisə yerinə həkimlər və polislər gəlib. Hadisə yerində ilk tibbi yardım göstərildikdən sonra Günkan təcili yardımla xəstəxanaya aparılıb. Günkan həkimlərin bütün səylərinə baxmayaraq burada həyatını itirib. Pelin Üçtepe saxlanılıb.