Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazandı
09 fevral 2025 01:53 (UTC +04:00)

Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazandı

Azərbaycanın daha 7 güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turnirində mübarizə aparıb.

APA xəbər verir ki, qadın güləşində 57 kiloqramda cəmi 2 iştirakçı yer aldığı üçün Jalə Əliyeva birbaşa finalda güləşib. Həmyerlimizin amerikalı Cakarra Vinçesterlə görüşü dramatik alınıb. İlk hissədən sonra 0:7 hesabı ilə geridə olan Əliyeva əzmkarlıq nümayiş etdirərək fərqi 3 xala endirib. Son anda 4 xallıq fəndi icra etsə də, hakimlər vaxtın bitdiyini əsas gətirərək həmin bunu qeydə almayıb. Beləliklə, rəqibinə 4:7 hesabı ilə məğlub olan Əliyeva gümüş medalla kifayətlənib.

Böyüklər arasında debüt edən Zəhra Kərimzadə (72 kq) dairəvi sistem üzrə baş tutan mübarizədə fransalı Paulin Lekarpenyeyə (0:3), xorvatiyalı Veronika Vilkə (2:6), ABŞ-dan olan Skilar Qrota (0:10) və macarıstanlı Noemi Naqiyə (1:10) uduzub.

Yunan-Roma güləşi üzrə 77 kiloqramda 3 təmsilçimiz xalçaya çıxıb. Ölkə çempionu Davud Məmmədov debütdə moldovalı Aleksandru Soloveyə 0:3 hesabı ilə məğlub olub. Daha təcrübəli Xasay Həsənlli 1/8 finalda rusiyalı Sergey Stepanova minimal fərqlə yenilib – 6:7. Bu çəkidə millinin lideri sayılan Sənan Süleymanov serbiyalı Aleksa İliçə sonuncu xal prinsipinə əsasən (1:1), macarıstanlı Robert Frişə isə 7:1 hesabı ilə qalib gəlib. Ancaq 1/4 finalda Stepanovla bacarmayıb – 0:4. Stepanov finala yüksəldiyi üçün güləşçilərimiz təsəlliverici görüşə vəsiqə qazanıblar. X.Həsənli ilk təsəlliverici görüşdə finlandiyalı Conni Sarkkinenə tam üstünlüklə (14:5) qalib gəlib. Ancaq daha təcrübəli Süleymanov Həsənlini vaxtından əvvəl məğlub edib – 8:0. Sənan bürünc medal uğrunda rusiyalı Sergey Kutuzovla güləşib və 1:3 hesabı ilə uduzub.

İslam Abbasov (87 kq) özbəkistanlı Jalqasbay Berdimuratovu 4:3 hesabı ilə, macarıstanlı İştvan Takaçı isə sonuncu xal prinsipinə əsasən (3:3) mübarizədən kənarlaşdırıb. 1/4 finalda danimarkalı Turpal Ali Bisultanova 0:4 hesabı ilə məğlub olan Abbasov qazaxıstanlı rəqibi təsəlliverici görüşdə iştirak etmədiyi birbaşa bürünc medal uğrunda güləşmək hüququ əldə edib. Rusiyalı Milad Alirzayevlə qarşılaşmanın əvvəllərində 0:5 hesabı ilə geri düşən Abbasov əzmkarlıq nümayiş etdirərək geri dönüş edib və sonuncu xal prinsipinə əsasən (5:5) bürünc medala sahib çıxıb.

Bu çəkidəki digər təmsilçimiz Rafiq Hüseynov ilk mərhələdə serbiyalı Aleksandr Komarova uduzub - 3:5.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482

Oxşar yazılar

Lənkəranda hosteldə meyit tapıldı

Lənkəranda hosteldə meyit tapıldı

21 mart 2025 , 19:44
Gözətçinin meyiti məktəbdə tapıldı

Gözətçinin meyiti məktəbdə tapıldı

21 mart 2025 , 19:18
Evdə qaz balonu partladı-Xəsarət alanlar var

Evdə qaz balonu partladı-Xəsarət alanlar var

21 mart 2025 , 19:02
Bakıda diqqətsizlik piyadanın ölümünə səbəb oldu-VİDEO

Bakıda diqqətsizlik piyadanın ölümünə səbəb oldu-VİDEO

21 mart 2025 , 18:34
Gədəbəydə qar uçqununa düşən iki əsgərin meyitləri tapıldı

Gədəbəydə qar uçqununa düşən iki əsgərin meyitləri tapıldı

21 mart 2025 , 17:53
Bakıda bayram günü zəncirvarı qəza

Bakıda bayram günü zəncirvarı qəza

21 mart 2025 , 17:35
Bilmədən sirkə turşusu içdi, öldü

Bilmədən sirkə turşusu içdi, öldü

21 mart 2025 , 16:18
Sumqayıt bulvarında 27 yaşlı oğlanın meyiti tapıldı

Sumqayıt bulvarında 27 yaşlı oğlanın meyiti tapıldı

21 mart 2025 , 16:13