Hadisə  baş rolda idi...   “Esas oğlan” serialı  gözləntiləri doğrultmadı
09 fevral 2025 15:01 (UTC +04:00)

Hadisə baş rolda idi... “Esas oğlan” serialı gözləntiləri doğrultmadı

Hadisənin də rol aldığı “Esas oğlan” IMDB-də 10 baldan cəmi 2 bal toplayaraq onu ən aşağı reytinqli rəqəmsal platforma seriallarından biri edib.

Lent.az Türkiyə KİV-nə istinadla bildirir ki, baş rollarda Şükrü Özyıldız və Serhat Teomanın da yer aldığı rəqəmsal platforma serialı “Esas oğlan”da Hadisə yaxın dostu Seda Bakan ilə tamaşaçı qarşısına çıxıb. Lakin 8 bölümlük serial gözləntiləri doğrultmayıb və izləyicilərdən aşağı qiymət alıb. 

Film və serial dünyasını araşdıran IMDB platformasında “Esas oğlan” ən aşağı reytinqli istehsallardan biri olub.

Sayt istifadəçilərindən 10 baldan cəmi 2 xal alan serial, uzun illər sonra yenidən çəkilən “Sihirli annem”dən (1,3 xal) sonra "ikinci ən pis rəqəmsal platforma serialı" olaraq qeyd edilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1554

Oxşar yazılar