Bakıda yanan evdə 2 nəfər xilas edildi-VİDEO
09 fevral 2025 11:58 (UTC +04:00)

Bakıda yanan evdə 2 nəfər xilas edildi-VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 200kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşotaqlı fərdi yaşayış evinin girişində quraşdırılmış elektrik lövhəsi və 2 ədəd dolab 5kv.m. sahədə yanıb.

Yanğınsöndürənlər tərəfindən qatı tüstülənmə səbəbindən evdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1047

Oxşar yazılar