Tramp müdafiə nazirliyini Maska tapşırdı - Xərclənən milyardlarla dollar....
09 fevral 2025 23:05 (UTC +04:00)

Tramp müdafiə nazirliyini Maska tapşırdı - Xərclənən milyardlarla dollar....

0

ABŞ prezidenti Donald Tramp sahibkar İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Effektivliyi Agentliyinin (DOGE) Pentaqona xərclənən milyardlarla dolları üzə çıxaracağına ümid edir.

Lent.az xəbər verir ki, o, müvafiq açıqlamanı fevralın 9-da “Fox News”a müsahibəsində bildirib.

“Mən hərbi quruma keçəcəyəm. Gəlin ordumuzu yoxlayaq ki, fırıldaqçılıq və sui-istifadə nəticəsində israf edilmiş və itirilmiş milyardlarla, yüzlərlə milyard dollarları tapaq. Xalq məni bunu etmək üçün seçdi", - o bildirib.

O agentliyin işində Maska güvəndiyini vurğulayaraq sözlərinə davam edib: “Mən Maskdan bunu etməsini xahiş etdim. Sonra ondan xahiş edəcəm ki, çox tezliklə, bəlkə də 24 saatdan sonra təhsil sahəsini yoxlamağa başlasın. O, eyni problemləri tapacaq."

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2370

Oxşar yazılar