Goranboyda ağır qəza:  Ölən var   - YENİLƏNİB
09 fevral 2025 20:52 (UTC +04:00)

Goranboyda ağır qəza: Ölən var - YENİLƏNİB

Goranboyda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

Lent.az-ın məlumatına görə 09.02.2025-ci il tarixdə Goranboy-Ağcakənd avtomobil yolunun Zeyvə kəndindən keçən hissəsində Səfikürd kənd sakini 2003-cü il təvəllüdlü Bayramov Məhəmməd Talıb oğlunun idarə etdiyi "VAZ 2107" markalı 22 BL 409 dövlət qeydiyyat nişanlı avtomobil, Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti yaşayan 1995-ci il təvəllüdlü Hüseynzadə Vahid Mobil oğlunun idarə etdiyi 77 QA 567 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü M. Bayramov vəfat edib, həmin avtomobildə olan digər sərnişinlər Səfikürd kənd sakinləri 2001-ci il təvəllüdlü Allahverdiyev Mehman Aydın oğlu, 2001-ci il təvəllüdlü Babayev Uğur Ceyhun oğlu və 2001-ci il təvəllüdlü Allahyarov Məftun Namiq oğlu müxtəlif bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Digər avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Hüseynzadə Vahid Mobil oğlu və sərnişinlər Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti yaşayan 1980-ci il təvəllüdlü Hacıbabayev Samir Gülbaba oğlu, Qaraçinar kəndində müvəqqəti yaşayan 1971-ci il təvəllüdlü Qasımova Zəminə Rəfail qızı müxtəlif bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yeləşdiriliblər.

***

19:27

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, yaralılar var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5638

Oxşar yazılar

Lənkəranda hosteldə meyit tapıldı

Lənkəranda hosteldə meyit tapıldı

21 mart 2025 , 19:44
Gözətçinin meyiti məktəbdə tapıldı

Gözətçinin meyiti məktəbdə tapıldı

21 mart 2025 , 19:18
Evdə qaz balonu partladı-Xəsarət alanlar var

Evdə qaz balonu partladı-Xəsarət alanlar var

21 mart 2025 , 19:02
Bakıda diqqətsizlik piyadanın ölümünə səbəb oldu-VİDEO

Bakıda diqqətsizlik piyadanın ölümünə səbəb oldu-VİDEO

21 mart 2025 , 18:34
Gədəbəydə qar uçqununa düşən iki əsgərin meyitləri tapıldı

Gədəbəydə qar uçqununa düşən iki əsgərin meyitləri tapıldı

21 mart 2025 , 17:53
Bakıda bayram günü zəncirvarı qəza

Bakıda bayram günü zəncirvarı qəza

21 mart 2025 , 17:35
Bilmədən sirkə turşusu içdi, öldü

Bilmədən sirkə turşusu içdi, öldü

21 mart 2025 , 16:18
Sumqayıt bulvarında 27 yaşlı oğlanın meyiti tapıldı

Sumqayıt bulvarında 27 yaşlı oğlanın meyiti tapıldı

21 mart 2025 , 16:13