Bakıda yaşayış binasında YANĞIN:  ölən var
06 iyul 2023 10:04 (UTC +04:00)

Bakıda yaşayış binasında YANĞIN: ölən var

0

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan bir otaqlı mənzildə 1 ədəd çarpayı, 1 ədəd yataq dəsti və döşəmə 5 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2153

Oxşar yazılar