Bakıda uşaq bağçasından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 3-də Yeni Yasamal yaşayış sahəsində yerləşən uşaq bağçalarının birindən 2 ədəd noutbuk oğurlanıb.
Bu barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri B.Bağırov və C.Qarayev müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.