Bakıda üç avtomobilin iştirakı ilə qəza baş veridi
12 oktyabr 2022 05:00 (UTC +04:00)

Bakıda üç avtomobilin iştirakı ilə qəza baş veridi

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində baş verib.

Belə ki, “Toyota Prius” markalı avtomobil digər zolağa keçərkən iki eyni markalı maşına çırpıllb. Qəza nəticəsində 1 nəfər sərnişin xəsarət alıb.

Hadisə yerinə çağırılan təcili yardım briqadası yaralıya yerində tibbi yardım göstərib. Əraziyə yol patrul xidmətinin və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Qəzaya səbəb olan avtomobil cərimə meydançasına yerləşdirilib.

Sürücülərin izahatları alınıb.

Faktla bağlı araşdırma aparılır.

# 1662
avatar

Oxşar yazılar