Bakıda  tuneldəki qəza   tıxac yaratdı
05 yanvar 2024 23:33 (UTC +04:00)

Bakıda tuneldəki qəza tıxac yaratdı

0

Bakının Nərimanov rayonunda tuneldə yol-nəqliyyat hadisəsi olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb. İdarəetməni itirən “Mercedes” markalı avtomobilin sürücüsü maşını “Chevrolet” markalı avtomobilə çırpıb. Nəticədə “Chevrolet” tuneldəki beton maneəyə dəyib və minik vasitəsi deformasiyaya uğrayıb.

Qəza səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

Yolda sıxlığın qarşısını almaq üçün qəzaya uğramış nəqliyyat vasitələri ərazidən uzaqlaşdırılıb. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6608

Oxşar yazılar