Bakıda təmir sexindən avtomobil qaçırıldı
13 yanvar 2023 11:06 (UTC +04:00)

Bakıda təmir sexindən avtomobil qaçırıldı

Binəqədi rayonu ərazisində yerləşən avtomobil təmiri sexlərinin birinin qarşısından “Daewoo” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 

DİN-dən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini Eldar Nağıyev Gəncə şəhəri ərazisində avtomobillə birgə saxlanılıb.

O, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1365
avatar

Fidan İlqar

Oxşar yazılar