Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib və bir nəfər ölüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, yol qəzası Binə dairəsində qeydə alınıb.
Taksi kimi fəaliyyət göstərən sürücü idarə etdiyi “Toyota” markalı maşında sükana nəzarəti itirib. Nəticədə maşını eyni istiqamətdə hərəkətdə olan evakuatora çırpıb. Zərbə nəticəsində avtomobildə olan sərnişin 22 yaşlı Əlizadə Ramilə Ramil qızı hadisə yerində dünyasını dəyişib. Sürücü və digər sərnişin ağır bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.