Bakının Sabunçu rayonunda qadın bıçaqlanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, Şamil Kamilov küçəsində 1984-cü il təvəllüdlü Əliyeva Vüsalə Əliqulu qızı sevgilisi ilə mübahisə edib.
Mübahisə zamanı kişi onun bədəninin müxtəlif nahiyyələrinə 8 bıçaq zərbəsi vurub.
Yaralı 3 saylı kliniki xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.