Bakıda  saxta pulla   maşına yanacaq dolduran tutuldu
06 yanvar 2022 19:40 (UTC +04:00)

Bakıda saxta pulla maşına yanacaq dolduran tutuldu

0

Yanvarın 4-də saat 22 radələrində paytaxtın Nizami rayonu, Babək prospektində yerləşən yanacaqdoldurma məntəqələrinin birində bir nəfər 200 manatlıq saxta əskinas verib.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinas verməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Mikayılov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1780

Oxşar yazılar