Bakıda rəfiqələr arasında DAVA DÜŞDÜ:   Bıçaqlananlar var -YENİLƏNİB
10 iyul 2024 09:12 (UTC +04:00)

Bakıda rəfiqələr arasında DAVA DÜŞDÜ: Bıçaqlananlar var -YENİLƏNİB

Mərdəkan qəsəbəsində baş verən bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş 1973-cü il təvəllüdlü Zəminə Babayeva polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb.

 

Bu barədə Lent.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Araşdırmalar davam etdirilir

***

01:36

 

Bakının Xəzər rayonunda iki nəfər bıçaqlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Vəliyeva Lalə Qiyas qızı rəfiqəsi ilə mübahisə edib. Mübahisə zamanı o, bıçaqlanıb.

Həmin vaxt L.Vəliyevanın qohumu Məmmədov Valeh Məmməd oğlu da bıçaq xəsarəti alıb.

Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5493
avatar

Oxşar yazılar