Bakının Suraxanı rayonunda yol qəzası zamanı bir nəfər ölüb.
Lent.az-ın xəbərinə görə, piyadanın vurulması ilə nəticələnən yol qəzası Günəşli qəsəbəsində qeydə alınıb.
Mehmandarov küçəsində yolu keçən 1947-ci il təvəllüdlü Rüstəmova Mariya İzətulla qızını minik avtomobili vurub.
Yaralı aldığı xəsarətlərdən sonra ölüb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Suraxanı Rayon Şöbəsinə qəbul edilib.
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Suraxanl Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cinayət işi başlanılıb.