Bakıda qadın mağazada həmcinsini qarət etdi
09 fevral 2023 11:57 (UTC +04:00)

Bakıda qadın mağazada həmcinsini qarət etdi

0

Bakıda mağazada qadın qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, H.Seyidzadə küçəsində yerləşən mağazaların birində Bakı şəhər sakini olan bir qadının içərisində 500 manatı, sənəd və bank kartı olan cüzdanı oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1958

Oxşar yazılar