Bakıda  polis maşını   qəzaya düşdü,  4 nəfər...   -FOTO  - YENİLƏNİB
07 fevral 2023 05:32 (UTC +04:00)

Bakıda polis maşını qəzaya düşdü, 4 nəfər... -FOTO - YENİLƏNİB

Bakıda  Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinə (PPX) məxsus "Fiat" markalı avtomobilin iştirakı ilə baş verən qəzada xəsarət alanların sayı artıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı xəsarət alan 4 nəfər Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Xəstəxanın növbətçi həkiminin APA-ya verdiyi məlumata görə, xəsarət alan  ikisi polisdir. Onlar Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşlarıdır. Xəsarət alanların adları aşağıdakılardır:

Eldar Hacıyev (polis-sürücü);

Taleh Əlizadə (polis).

“Chevrolet”də olanlar:

Sadiq Abbasov;

Arif Məmmədzadə.

Onlardan A.Məmmədzadəyə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

***

Saat 04:05

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Balaxanı-Zabrat yolunun kəsişməsində qeydə alınıb.

Belə ki, "Chevrolet Aveo" markalı minik avtomobili Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinə (PPX) məxsus "Fiat" markalı avtomobilinə çırpılıb.

Qəza üç nəfərin xəsarət alması ilə nəticələnib.

Hadisənin təfərrüatı araşdırılır.

# 3483
avatar

Oxşar yazılar