Bakıda oğurluq edən tutuldu
29 may 2023 16:48 (UTC +04:00)

Bakıda oğurluq edən tutuldu

Bakıda bir nəfər qarşı oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 26-da Nizami rayonu ərazisində bir nəfərin içərisində 870 manat pulu, bank kartları, sənədlər və mobil telefonu olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Asəf Hüseynov müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

# 1554
avatar

Oxşar yazılar