Bakıda avtomobil qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanvarın 22-nə keçən gecə Binəqədi rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birində “BMW” markalı avtomobildən 2720 manat pul oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Bərdə rayon sakini Elvin Abbasov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.