Bakıda motosiklet qaçıran  yeniyetmə tutuldu
01 iyun 2026 16:37 (UTC +04:00)

Bakıda motosiklet qaçıran yeniyetmə tutuldu

0

Bakının Nəsimi rayonunda zərərçəkən polisə müraciət edərək “Tufan” markalı motosikletinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. İkitəkərli nəqliyyat vasitəsi isə sahibinə geri qaytarılıb.

Sumqayıt şəhərində isə müxtəlif vaxtlarda ayrı-ayrı iki marketdən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı S.İsgəndərzadə və 43 yaşlı İ.Hüseynzadə də polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar