Naməlum şəxs tərəfindən azyaşlının təqib edilməsilə bağlı yayılan görüntülər araşdırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı Lent.az-a bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs – 14 yaşlı yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla əməldə hər hansı kriminal tərkib müəyyən olunmayıb.
Məktəbli yeniyetmələr arasında narazılığa səbəb olan halların aradan qaldırılması üzrə polis əməkdaşları tərəfindən tədbirlər görülür.
***
15:51
Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.
Lent.az milli.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Ramana ərazisində baş verib.
Məsələ ilə bağlı bildirilib ki, məktəblini oğurlamaq istəyən şəxsi görən ətrafdakı vətəndaşlar reaksiya göstərib, oğlan bu sayədə qaça bilib. Oğru isə qorxaraq ərazini tərk edib.
Məktəblini oğurlamaq istəyən şəxsin görüntüsü təhlükəsizlik kameralarına düşüb.
Uşağın atası Seyidov Kamil sayta bildirib ki, oğlunun 14 yaşı var. Hazırda polis idarəsindədirlər, araşdırma aparılır.