Bakıda mağazada qadını qarət etdilər
27 iyun 2023 16:23 (UTC +04:00)

Bakıda mağazada qadını qarət etdilər

0

Bakıda mağazada qadın qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 24-də Biləcəri qəsəbəsi ərazisindəki mağazaların birində Abşeron rayon sakini olan bir qadının içərisində 590 manat pul, mobil telefon və bank kartları olan çantası oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Şərur rayon sakini N.Hüseynli müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2252

Oxşar yazılar