Bakıda kütləvi zəhərlənmə baş verən “Dönər market” yeni adla işləyir - FOTO
17 yanvar 2022 19:21 (UTC +04:00)

Bakıda kütləvi zəhərlənmə baş verən “Dönər market” yeni adla işləyir - FOTO

Bakıda kütləvi zəhərlənmə hadisəsinin baş verdiyi “Dönər market”  yeni adla fəaliyyətə başlayıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, ictimai iaşə müəssisəsinin yeni adı  “Dönər Baku” olub.

Xatırladaq ki, ötən il dekabrın 12-də Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli, 104 ünvanında yerləşən, “Dönər market” ictimai iaşə müəssisəsində kütləvi zəhərlənmə hadisəsi baş verib. 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqlamasına görə, laborator müayinələr nəticəsində nümunələrdə bağırsaq çöpləri, proteus və klostridilər aşkar edilib: “Yəni, məhsullar emal prossesində ikincili çirklənməyə məruz qalıb. İşçi heyət tərəfindən gigiyenik norma və qaydalara, dezinfeksiya rejiminə, həmçinin şəxsi gigiyena qaydalarına əməl olunmaması nəticəsində həm qida məhsullarında, həm də avadanlıqlarda bağırsaq mənşəli mikroflora olan bağırsaq çöpləri və proteus ilə çirklənmə baş verib”.

Zəhərlənənlərin 1-i qadın, 7-si kişi olub. Zəhərlənənlərdən birinin 16 yaşı var idi.

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3192
avatar

Oxşar yazılar