Bakının Nəsimi rayonunda oğurluq hadisələri olub.
Lent.az xəbər verir ki, rayon sakini olan bir nəfər polisə müraciət edərək, kirayə verdiyi evdə yaşayan şəxsin oradan məişət əşyalarını oğurlamasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 48 yaşlı E.Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Şöbə əməkdaşlarının rayon ərazisində keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə isə bir nəfərə məxsus dəyəri 600 manat olan velosiped, eyni zamanda aptekdən oğurluq edən iki nəfər- 47 yaşlı O.Eyyubov və həmyaşıdı T.Həsənov da müəyyən edilərək saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.