Bakıda idman arenasından 30 minlik OĞURLUQ
12 iyun 2024 11:45 (UTC +04:00)

Bakıda idman arenasından 30 minlik OĞURLUQ

Bakıda idman arenasından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 4-də Səbail rayonunda yerləşən idman arenalarından birindən 30.000 manat dəyərində 1200 metr mis kabelin oğurlanması barədə polisə məlumat daxil olub. 

Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 32 yaşlı Kamran Abduhəlimli müəyyən olunaraq saxlanılıb. 

Qeyd edək ki, həmin şəxs oğurluq etdiyi məkanda bağban işləyib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1371
avatar

Oxşar yazılar