Bakıda içi dolu evi sökdülər, polis və prokurorluq   işə qarışdı - YENİLƏNİB
04 iyul 2024 14:29 (UTC +04:00)

Bakıda içi dolu evi sökdülər, polis və prokurorluq işə qarışdı - YENİLƏNİB

Prokurorluq ev söküntüsü ilə bağlı araşdırmalara başlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumatda bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov 145 ünvanında söküntü işlərinin aparılması ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir

***

saat 11:40

Paytaxtın Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində A.Quliyevaya məxsus evin qanunsuz sökülməsi ilə bağlı polis idarəsində müvafiq araşdırmalar aparılmaqla aidiyyəti üzrə göndərilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, iyunun 30-da 00:30 radələrində evin qapısının sındırılması, fəhlələr, həmin şirkətin vəzifəli şəxsləri tərəfindən ev sahibəsinin məcburi formada evdən çıxarılması, daha sonra traktorla əşyaları içində ola-ola evin qəsdən sökülməsi, külli miqdarda maddi ziyan vurulması və onun sağlamlığına xəsarətlər yetirilməsi üzrə polisə daxil olan müraciət üzrə bütün xüsuslar araşdırılmaqla müvafiq ekspertizalar təyin edilib. 

Araşdırma çərçivəsində həmin şirkətin rəhbər və işçiləri, şikayətçi xanım polis bölməsinə dəvət ediliblər. Polis əməkdaşları tərəfindən bütün xüsuslar üzrə tərəflərin izahatları alınıb, sübutlar toplanılmaqla zəruri tədbirlər icra olunub. 

Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, əmlakı qəsdən məhv etmə və zədələmə maddələrinin tərkib əlamətlərinin olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib. 

O ki qaldı, şikayətçiyə polis əməkdaşları tərəfindən təzyiq edilməsi iddiaları həqiqəti əks etdirmir. Hadisə baş verən vaxt polis əməkdaşları ərazidə olmayıblar, yalnız müraciətdən sonra polis əməkdaşları əraziyə yaxınlaşaraq, tərəflər arasında mübahisəni dayandıraraq araşdırılması üçün onları polis bölməsinə dəvət ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 28995
avatar

Arzu Qurbanlı

Oxşar yazılar