Bakıda gənci avtomobil vurdu
02 iyul 2023 06:16 (UTC +04:00)

Bakıda gənci avtomobil vurdu

0

Salyan şossesində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bibiheybət məscidinin qarşısında baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Sayılov Təhmin Teymur oğlu yolu keçərkən onu maşın vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3336

Oxşar yazılar