Bakıda gənc oğlan bıçaqlanıb
19 sentyabr 2022 06:51 (UTC +04:00)

Bakıda gənc oğlan bıçaqlanıb

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü Musayev Şamil Ramazan oğlu naməlum şəxslə dava zamanı bıçaqlanıb. 

Yaralı müxtəlif bədən xəsarətləri alıb. 

O, Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1998
avatar

Oxşar yazılar