Bakıda evlərdən 6 minlik  oğurluq edən tutuldu
22 noyabr 2023 12:01 (UTC +04:00)

Bakıda evlərdən 6 minlik oğurluq edən tutuldu

Bakıda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binə qəsəbəsində bir evdən 1700 manat pul və 3300 manat dəyərində məişət əşyaları, digər evdən isə 1400 manat dəyərində təmir alətləri və naqil oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Dünyamalı Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3492
avatar

Oxşar yazılar