Bakıda meyit tapılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.
Rayon ərazisində yerləşən evlərin birində naməlum kişi meyiti aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 63 yaşlı Hafiz Abdulov olması müəyyən edilib.
Ölümün səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.