Bakıda evdən 6 minlik qızıl  oğurlandı
08 avqust 2024 12:24 (UTC +04:00)

Bakıda evdən 6 minlik qızıl oğurlandı

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən mənzillərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Pərviz Məmmədov müəyyən olunaraq saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitələr olan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslə bağlı aparılan araşdırmalar nəticəsində onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətə görə axtarışda olması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513
avatar

Oxşar yazılar